Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük əməkdaşları üçün təlim keçirilib

Gömrük əməkdaşları üçün təlim keçirilib

Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların həyata keçirilməsinə hüquq verən “İcazə” blanklarının tətbiqi məsələləri” mövzusunda təlim keçirilib.

Dövlət Gömrük Komitəsinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə birgə təşkil etdiyi təlimdə Komitə aparatında, ərazi və ixtisaslaşmış gömrük orqanlarında fəaliyyət göstərən 100-dək  gömrük əməkdaşı iştirak edib.

Üç gün davam edən təlimdə ekspertlər avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların həyata keçirilməsinə hüquq verən “İcazə” blanklarının tətbiqi ilə bağlı zəruri məlumatları iştirakçıların diqqətinə çatdırıblar. Qeyd edilib ki, milli daşıyıcıların maraqlarının qorunması və rəqabət qabiliyyətliliyinin artırılması məqsədilə bu ildən etibarən avtomobil daşımalarını həyata keçirilməsinə hüquq verən “İcazə” blanklarının yeni növlərinin tətbiqinə başlanılacaq. Bu məqsədlə də təlimçilər iştirakçılara mövzunu dərindən mənimsəməyi, bu imkandan maksimum faydalanmağı tövsiyə ediblər.

Sonda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

1 Fevral 2024 15:02
195