Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib

Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib

Hava Nəqliyyatında Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə görüş keçirilib.

Görüş gömrük-biznes münasibətlərinin daha da gücləndirilməsi, son dövrlər tətbiq edilən yeniliklərə dair sahibkarları məlumatlandırmaq, malların rəsmiləşdirilməsi zamanı qarşıya çıxan məsələlərin müzakirəsi məqsədilə təşkil olunub.

Görüşdə idarənin əməkdaşları tərəfindən “Gömrük Xidmətinin Fəaliyyət Proqramı”, strateji hədəflər, Avtomatlaşdırılmış Risk Analiz Sistemi (ARAS) və digər layihələrlə bağlı sahibkarlara ətraflı məlumat verilib.

Qeyd olunub ki, sözügedən layihələr məmnunluğun artırılması, şəffaflığın təmin olunması, rəqəmsal həllər hesabına gömrük əməliyyatlarının asan və sürətli həyata keçirilməsinə zəmin yaradacaq.

Görüş zamanı sahibkarlar tərəfindən səsləndirilən təklif və rəylər dinlənilib, onların sualları ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

2 Fevral 2024 12:02
195