Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Yanğın təhlükəsizliyinə dair maarifləndirici tədbir keçirilib

Yanğın təhlükəsizliyinə dair maarifləndirici tədbir keçirilib

Balakən Gömrük İdarəsinin “Mazımqara” gömrük postunda FHN-nin DYNX-nin Şimal-Qərb regional DYNİ-nin əməkdaşları tərəfindən yanğın təhlükəsizliyinə dair təbliğat xarakterli maarifləndirici tədbir keçirilərək şəxsi heyət məlumatlandırılıb.

Tədbirdə gömrük əməkdaşlarına yanğın təhlükəsi zamanı davranış qaydaları, ilkin yanğınsöndürmə vasitələrindən istifadə, insanların təxliyəsi və digər mövzularda ətraflı məlumat verilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

5 Fevral 2024 12:23
195