Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri ilə görüş keçirilib
Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri ilə görüş keçirilib
Fevralın 6-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl Cuteyli ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasında səmərəli əməkdaşlıq və dostluq münasibətlərinin formalaşdığı vurğulanıb, iki ölkənin gömrük orqanlarının da qarşılıqlı əlaqələrin gücləndirilməsinə, ticarət dövriyyəsinin genişləndirilməsinə mühüm töhfə verdiyi diqqətə çatdırılıb.
Azərbaycan gömrük xidməti ilə Səudiyyə Ərəbistanı Krallığının Zəkat, Vergi və Gömrük Xidməti arasındakı işgüzar əlaqələrdən məmnunluqla bəhs edilib, iki qurumun nümayəndə heyətləri, işçi qrupları səviyyəsində reallaşdırılan qarşılıqlı səfərlər və görüşlərin təcrübə mübadiləsinin gücləndirilməsi baxımından mühüm imkanlar yaratdığı bildirilib.
Həmçinin iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, iqtisadi münasibətlərin daha da genişləndirilməsi imkanları müzakirə olunub, qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi