Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

“Könüllü gömrükçü” dəstəsinin üzvlərinə sertifikatlar təqdim edilib

“Könüllü gömrükçü” dəstəsinin üzvlərinə sertifikatlar təqdim edilib

Fevralın 9-da  Dövlət Gömrük Komitəsində fəaliyyətlərini başa vuran 10-cu “Könüllü gömrükçü” dəstəsinin üzvlərinə sertifikatlar təqdim edilib.

“Könüllü gömrükçü” dəstəsinin üzvləri ilə görüşən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu gənclər siyasəti, ölkəmizdə könüllülük hərəkatına göstərilən dövlət dəstəyi gənclərə peşə vərdişlərinin aşılanması, onların potensialının gücləndirilməsi və hərtərəfli inkişafında mühüm rol oynayır.

O da qeyd olunub ki, 3 ay ərzində Dövlət Gömrük  Komitəsinin müxtəlif strukturlarında fəaliyyət göstərən könüllülər idarəetmənin təşkili, sənədləşmə, vətəndaşlarla iş sahəsində əldə etdikləri bilikləri real həyatda tətbiq etmək imkanı qazanıblar ki, bu da onların peşəkar mütəxəssis kimi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Könüllülər adından çıxış edən Natiqə Hüseynova gənclərin hərtərəfli inkişafına mühüm imkanlar yaradan könüllülük hərəkatının formalaşdırılmasına görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Sonda 10-cu “Könüllü gömrükçü” dəstəsinin üzvlərinə sertifikatlar təqdim edilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

9 Fevral 2024 20:02
195