Dövlət Gömrük Komitəsinin təqaüdə çıxan peşəkar gömrük əməkdaşı ilə görüş keçirilib
Dövlət Gömrük Komitəsinin təqaüdə çıxan peşəkar gömrük əməkdaşı ilə görüş keçirilib
Fevralın 9-da Dövlət Gömrük Komitəsində təqaüdə çıxan peşəkar, 34 illik zəngin təcrübəyə malik, sovetlər, həmçinin müstəqillik dövründə gömrük sistemində səmərəli fəaliyyət göstərən gömrük əməkdaşı ilə görüş keçirilib.
Komitənin Gömrük İnzibatçılığı Baş İdarəsinin rəis müavini, gömrük xidməti polkovniki Rauf Məmmədovun təqaüdə çıxmaq hüququnun yaranması ilə əlaqədar təşkil edilən tədbirdə onun həyat yolu, gömrük orqanlarındakı fəaliyyəti və idarəetmədə qazandığı zəngin təcrübəyə nəzər salınıb.
Daha sonra Rauf Məmmədovun gömrük orqanlarındakı fəaliyyət dövrünü əks etdirən xatirələr tarixçəsi nümayiş etdirilib.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Rauf Məmmədova gömrük sistemində uzun illər səmərəli fəaliyyətinə görə təşəkkürünü bildirib və onun Vətənə, dövlətçiliyə sədaqətinin, təcrübəsinin gənc əməkdaşlara ötürülməsinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Təqaüdə çıxan gömrük əməkdaşı ona göstərilən diqqətə, uzun illər gömrük orqanlarında fəaliyyətinə verilən dəyərə görə minnətdarlığını ifadə edib.
Sonda Rauf Məmmədov gömrük orqanlarında səmərəli fəaliyyətinə görə Dövlət Gömrük Komitəsinin “Fəxri Gömrük İşçisi” döş nişanı ilə təltif edilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi