Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Səudiyyə Ərəbistanı Krallığının Zəkat, Vergi və Gömrük Xidmətinin nümayəndələri ilə görüş keçirilib

Səudiyyə Ərəbistanı Krallığının Zəkat, Vergi və Gömrük Xidmətinin nümayəndələri ilə görüş keçirilib

Fevralın 12-də Dövlət Gömrük Komitəsinin və Səudiyyə Ərəbistanı Krallığının Zəkat, Vergi və Gömrük Xidmətinin işçi qrupları arasında onlayn formatda görüş keçirilib.

Görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyev, Komitənin aidiyyəti struktur bölmələrinin rəhbərləri, Səudiyyə Ərəbistanı Krallığının Zəkat, Vergi və Gömrük Xidmətinin səlahiyyətli nümayəndələri iştirak ediblər.

Görüş gömrük işinin müasir tələblərə uyğun qurulması, gömrük nəzarətinin səmərəli təşkili, nəqliyyat vasitələrinin və yüklərin rəsmiləşdirilməsinin sürətləndirilməsi sahəsində Səudiyyə Ərəbistanı Krallığının təcrübəsinin öyrənilməsi məqsədilə təşkil edilib.

Səudiyyə Ərəbistanı Krallığının Zəkat, Vergi və Gömrük Xidmətinin mütəxəssisləri tərəfindən “Elektron ticarətdə gömrük qiymətləndirilməsi zamanı gömrük dəyərinin müəyyən edilməsi”, “Təhlükəsizlik məqsədləri üçün süni intellektin tətbiqi”, “Gömrük nəzarətinin asanlaşdırılması məqsədilə tətbiq edilən tədbirlər” mövzularında təqdimatlar nümayiş etdirilib və fikir mübadiləsi aparılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

12 Fevral 2024 21:05
195