Sahibkarlarla növbəti görüş keçirilib
Sahibkarlarla növbəti görüş keçirilib
Biləsuvar Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə görüş keçirilib. Görüş sahibkarların gömrük nəzarəti və rəsmiləşdirilməsi zamanı qarşılaşdıqları məsələlərin birgə müzakirəsi, onları maraqlandıran sualların operativ və dolğun şəkildə cavablandırılması məqsədilə təşkil olunub.
Biznes nümayəndələrinə gömrük sistemindəki yeniliklər, “Gömrük Xidmətinin Fəaliyyət Proqramı”, gələcək planlar, “Gömrük İNKİŞAF modeli”nə uyğun həyata keçirilən layihələrlə bağlı məlumat verilib, rəsmiləşdirmə, sərhədkeçmə prosesində tətbiq edilən layihələrin biznes prosesin asan və sürətli şəkildə reallaşdırılmasındakı rolu barədə fikir və rəyləri öyrənilib.
Görüşün sonunda sahibkarların təklifləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi