Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı
Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı
Gömrük xidmətində çalışan əməkdaşların karyera yüksəlişi bilik və bacarıqlarının artırılması və təkmilləşdirilməsi yolu ilə həyata keçirilir. Bu məqsədlə yeni işə qəbul edilən, o cümlədən gömrük orqanlarında çalışan əməkdaşların bilik və bacarıqları elektron sistemlərdən istifadə etməklə test üsulu ilə qiymətləndirilir.
Bununla yanaşı mütəmadi olaraq yeni qəbul edilmiş normativ sənədlərin mənimsənilməsində sistemdaxili, o cümlədən müvafiq gömrük idarələri üzrə test və yazılı formada qiymətləndirmə işi də təşkil olunur.
Ümumilikdə görülən işlər bir-birini tamamlayır.
Yeni məlumatlar və təsvirlər əsasında Dövlət Gömrük Komitəsi və gömrük idarələri tərəfindən testlər və bu sahədə görülən işlərin nəticələri barədə informasiyalar ictimaiyyətin diqqətinə çatdırılır.