Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xeyli miqdarda avtomobil ehtiyat hissələri aşkar edilib

Xeyli miqdarda avtomobil ehtiyat hissələri aşkar edilib

Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttində Rusiya Federasiyası vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsi saxlanılıb.

Nəqliyyat vasitəsində olan “minik və yük nəqliyyat vasitələri üçün ehtiyat hissələri” yükünə baxış keçirilib. Yoxlama zamanı gömrük orqanına bəyan edilməyən, eləcə də düzgün bəyan edilməyən 37200 manat dəyərində avtomobil ehtiyat hissələri aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

14 Fevral 2024 19:01
195