Sahibkarlar yeni layihələr barədə məlumatlandırılıb
Sahibkarlar yeni layihələr barədə məlumatlandırılıb
“Şirvan” gömrük postunda xarici ticarət iştirakçıları ilə daha bir görüş keçirilib.
Tədbir gömrük sistemində həyata keçirilən təkmilləşdirilmələr, tətbiq edilən yeniliklərlə bağlı xarici ticarət iştirakçılarının məlumatlandırılması, onların təklif və rəylərinin öyrənilməsi, gömrük-biznes dialoqunun inkişaf etdirilməsi məqsədilə təşkil olunub.
Görüşdə qeyd olunub ki, biznes subyektlərinin məmnuniyyətinin təmin olunması gömrük orqanlarının strateji hədəflərindən biridir. Bu məqsədlə gömrük əməliyyatlarının sadələşdirilməsi, sərhədkeçmə və rəsmiləşdirilmə proseslərinin sürətləndirilməsi istiqamətində qabaqcıl təcrübələrə əsaslanan innovativ yeniliklər tətbiq edilir.
Həmçinin görüşdə sahibkarlara səlahiyyətli iqtisadi operator statusunun verilməsi və Avtomatlaşdırılmış Risk Analizi Sistemi layihələrinin məqsədi və gömrük işində səmərəliliyin artırılması, biznes-prosesin asan və sürətli şəkildə reallaşdırılmasına faydaları barədə məlumat verilib.
Sonda biznes nümayəndələrinin təklif və rəyləri dinlənilib, onların sualları cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi