Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə poçt göndərişləri vasitəsilə ölkə ərazisinə göndərilən müxtəlif növ kosmetik vasitələrin gömrük orqanları tərəfindən buraxılışının dayandırılması ilə bağlı videomüraciət yayımlanmışdı.

Dövlət Gömrük Komitəsi məsələnin mahiyyəti üzrə məlumat vermişdi.

Daha sonra vətəndaş gömrük idarəsinə dəvət olunmuş, mövcud qanunvericiliyin tələbləri ona izah edilmiş, eləcə də vətəndaş tərəfindən yuxarıda istinad edilən mallara dair gömrük bəyannaməsi təqdim edilərək gömrük ödənişləri ödənilməklə gömrük rəsmiləşdirilməsi və buraxılışı həyata keçirilmişdir.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

14 Sentyabr 2023 15:53
195