Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib

Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib

Tovuz Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib.

Tədbirdə Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən yeni layihələr haqqında məlumat verilib.

Görüşdə gömrük əməkdaşları yeniliklərlə bağlı videotəqdimatlar nümayiş etdirib, eləcə də Avtomatlaşdırılmış Risk Analiz Sisteminin yaratdığı imkanlar, gömrük əməliyyatlarının asan və sürətli şəkildə reallaşdırılmasına faydalarından bəhs edilib.

Eyni zamanda Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsində sahibkarlar üçün nəzərdə tutulan bölmələr və onlardan istifadə qaydaları videotəqdimatlar əsasında izah olunub.

Sonda sahibkarların rəy və təklifləri öyrənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

16 Fevral 2024 18:15
195