Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

İT mütəxəssislərinin xidmətə qəbulu ilə bağlı müsahibə mərhələsi keçiriləcək

İT mütəxəssislərinin xidmətə qəbulu ilə bağlı müsahibə mərhələsi keçiriləcək

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin informasiya texnologiyalarına aid struktur bölmələrində vakant olan vəzifələr üzrə mütəxəssislərin xidmətə qəbulu ilə bağlı elan edilmiş müsabiqənin müsahibə mərhələsində iştirak etmək məqsədilə müraciət etmiş namizədlər üçün 2024-cü il 22 fevral tarixindən müsabiqənin müsahibə mərhələsi başlanacaq.

Müsahibələrin keçirilmə tarixi və vaxtı barədə Komitənin rəsmi internet səhifəsində (www.customs.gov.az) “Komitə” bölməsinin “Xidmətə qəbul” alt bölməsində yerləşdirilmiş “Müsahibələrin keçirilmə qrafiki və nəticələri” başlıqlı PDF fayldan məlumat ala bilərsiniz.

Müsahibələrin tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında həyata keçirilməsini təmin etmək məqsədilə namizədin razılığı ilə videoçəkiliş aparılacaq.

Müsahibəyə gələn namizədlər şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.


Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsinin
İnsan Resursları İdarəsi
Telefon: (+994 012) 404-22-00 (daxili: 0118, 0121)
 

16 Fevral 2024 18:47
195