Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Bakı Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib

Bakı Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib

Fevralın 16-da Bakı Baş Gömrük İdarəsində sahibkarlarla növbəti görüş təşkil edilib. Görüşdə 100-dən çox biznes nümayəndəsi iştirak edib.

Tədbir son dövrlər gömrük sistemində tətbiq edilən yeni layihələr, o cümlədən Avtomatlaşdırılmış Risk Analizi Sistemindən (ARAS) istifadə zamanı gömrük rəsmiləşdirilməsi prosesində qarşıya çıxan məsələlərin müzakirəsi və operativ həll edilməsi məqsədilə keçirilib.

Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov Dövlət Gömrük Komitəsi tərəfindən reallaşdırılan yeniliklər və təkmilləşdirilmələrin biznes nümayəndələrinin işinin daha da asanlaşdırılmasına, çevik gömrük rəsmiləşdirilməsinə şərait yaradılmasına və vaxt itkisinin qarşısının alınmasına xidmət etdiyini vurğulayıb.

Qeyd edilib ki, gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, sahibkarlarla səmərəli, işgüzar əlaqələrin qurulması məqsədilə cari ildə ayda iki dəfə olmaqla Bakı Baş Gömrük İdarəsində biznes nümayəndələri ilə görüşlər təşkil ediləcək.

Sonda sahibkarlar tərəfindən səsləndirilən təklif və rəylər dinlənilib, onların sualları ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

16 Fevral 2024 19:41
195