Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov fevralın 22-də saat 10:00-da Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Sumqayıt şəhəri, Zülfü Hacıyev 53) Sumqayıt şəhəri, Abşeron və Qubadlı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı Sumqayıt şəhəri, Abşeron və Qubadlı rayonları sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla ( https://customs.gov.az/az/muracietler/sedre-mektub ) qəbula yazıla bilərlər.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

19 Fevral 2024 13:28
195