Gömrükçülər dövlət qurumları arasında keçirilən yarışda uğurla çıxış ediblər
Gömrükçülər dövlət qurumları arasında keçirilən yarışda uğurla çıxış ediblər
Dövlət Gömrük Komitəsinin İdman-Sağlamlıq Mərkəzinin idmançıları dövlət qurumları arasında keçirilən bilyard turnirində uğurlu nəticə əldə ediblər.
Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilən yarışda 28 dövlət qurumundan ümumilikdə 60 idmançı iştirak edib. İki gün davam edən və gərgin mübarizə şəraitində keçən yarışda Dövlət Gömrük Komitəsini təmsil edən Tibbi Xidmət İdarəsinin əməkdaşı Natiq Orucov və Bakı Baş Gömrük İdarəsinin əməkdaşı Elvin Şirinov adlarını qaliblər sırasına yazdırıblar.
Yekun nəticələrə görə kişilər arasında SOCAR birinci, Dövlət Gömrük Komitəsi ikinci, Milli Məclisin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin komandaları isə üçüncü pillədə yarışı başa vurublar.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi