Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

DGK sədri ərazi və tabeli qurumlarda mövcud vəziyyətlə tanış olub

DGK sədri ərazi və tabeli qurumlarda mövcud vəziyyətlə tanış olub

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Baş Gömrük Mühafizə Xidmətində və Sumqayıt Gömrük İdarəsində olub.

Hər iki qurumun əməkdaşları ilə görüşən Komitə sədri xidmətin təşkili, əməkdaşların iş şəraiti, infrastrukturun vəziyyəti ilə tanış olub, gömrük prosedurlarının rasionallığının təmin edilməsi, əməliyyatlarının asan və sürətli şəkildə reallaşdırılması, gömrük nəzarətinin səmərəliliyinin artırılması, gömrük mühafizəsi işinin təşkili, bu sahədə görüləcək işlər, qarşıda duran vəzifələr, eləcə də biznes subyektlərinin və vətəndaşların müraciətlərinin operativ qaydada cavablandırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

22 Fevral 2024 20:13
195