Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xarici ticarət iştirakçıları ilə görüş keçirilib

Xarici ticarət iştirakçıları ilə görüş keçirilib

Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində xarici ticarət iştirakçıları ilə görüş keçirilib.

Balakən Gömrük İdarəsinin təşkil etdiyi tədbirdə sahibkarlar gömrük sistemində həyata keçirilən təkmilləşdirmələr və yeniliklərlə bağlı məlumatlandırılıb.

Görüşdə idxal və ixrac əməliyyatlarında qarşıya çıxan məsələlər müzakirə edilib, Avtomatlaşdırılmış Risk Analiz Sistemi (ARAS) və Səlahiyyətli İqtisadi Operator layihələrinin təqdimatı keçirilib, eləcə də Gömrük İnkişaf Modeli barədə məlumat verilib.

Sonda sahibkarların rəy və təklifləri öyrənilib, onların sualları cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

24 Fevral 2024 14:52
195