Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar Naxçıvan Baş Gömrük İdarəsinin kollektivi Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanındakı Xocalı faciəsi qurbanlarının əziz xatirəsinə həsr olunmuş “Xatirə kompleksi” abidəsini ziyarət edib, abidənin önünə tər güllər qoyub, Xocalı soyqırımında həlak olanların xatirəsini ehtiramla yad edib.

Ardınca Naxçıvan Baş Gömrük İdarəsində Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirə açılış nitqi ilə başlayan Naxçıvan Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüqar Əliyev Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri, ermənilərin xalqımıza qarşı apardığı etnik düşmənçiliyin növbəti mərhələsi  olduğunu diqqətə çatdırıb.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeritdiyi, yerlə yeksan etdikləri şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutduğu həmin hərbi-siyasi təcavüz zamanı 613 həmvətənimizin, o cümlədən 106 qadının, 63 uşaq və 70 qocanın həlak olduğu, 487 dinc sakinin ağır yaralandığı, 1275 nəfərin girov götürülərək işgəncələrə məruz qaldığı xatırladılıb.

Sonra gömrük əməkdaşları Xocalı faciəsinə həsr olunmuş filmi izləyiblər.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

26 Fevral 2024 18:53
195