Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük sistemində yeniliklərlə bağlı təqdimatlar keçirilib

Gömrük sistemində yeniliklərlə bağlı təqdimatlar keçirilib

Gəncə şəhərindəki Məhsəti Gəncəvi Mərkəzində xarici ticarət iştirakçıları ilə görüş keçirilib.

Gəncə və Tovuz gömrük idarələrinin birgə təşkil etdikləri tədbirdə bu qurumların fəaliyyət zonalarına daxil olan xarici ticarət iştirakçıları iştirak ediblər.

Görüşdə Gömrük İnkişaf Modelli, “Smart-Bot” mobil tətbiqi, “Avtomatlaşdırılmış Risk Analiz Sistemi” və bu sistemin sərhəd modulu, “Səlahiyyətli İqtisadi Operator” layihələrinin təqdimatı keçirilib, həmçinin “Malların kodunu əvvəlcədən müəyyən etməyə imkan verən XİF MN Tövsiyə sistemi” barədə məlumat verilib.  

Daha sonra idxal və ixrac əməliyyatlarında qarşıya çıxan məsələlər müzakirə edilib, sahibkarların rəy və təklifləri öyrənilib, onların sualları cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

29 Fevral 2024 15:26
195