Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xarici ticarət iştirakçıları ilə daha bir görüş təşkil olunub

Xarici ticarət iştirakçıları ilə daha bir görüş təşkil olunub

Xarici ticarət iştirakçıları ilə daha bir görüş “Poçt və ekspres daşımalar” gömrük postunda keçirilib.

Tədbirdə gömrük sistemində tətbiq olunan yeni layihələr, eləcə də vətəndaş, sahibkar məmnuniyyətinin, şəffaflığın təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.

Həmçinin görüşdə Avtomatlaşdırılmış Risk Analiz Sistemi (ARAS), Səlahiyyətli İqtisadi Operator (SIO) layihələrinə dair informasiya verilib, sahibkarlar “Smart-Bot” mobil tətbiqi və Gömrük İnkişaf Modeli barədə məlumatlandırılıb.

Daha sonra sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

29 Fevral 2024 15:33
195