Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Ağacəkmə aksiyası keçirilib

Ağacəkmə aksiyası keçirilib

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Dövlət Gömrük Komitəsinin tədbirlər planına əsasən ərazi gömrük orqanları və gömrük postları tərəfindən ağacəkmə aksiyası keçirilib.

Naxçıvan Baş Gömrük İdarəsi, Gəncə, Sumqayıt, Astara, Balakən,Tovuz gömrük idarələri, “Şirvan”, “Kürdəmir” gömrük postlarının əməkdaşları tərəfindən fəaliyyət göstərdikləri şəhər və rayonlarda ayrılan xüsusi ərazilərdə ağaclar əkilib.

Ümumilikdə aksiya çərçivəsində ərazinin torpaq-iqlim şəraitinə uyğun olaraq yüzlərlə dekorativ və meyvə ağacları əkilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

2 Mart 2024 21:29
195