Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

DGK-nın voleybol komandası uğurlu nəticə əldə edib

DGK-nın voleybol komandası uğurlu nəticə əldə edib

Martın 3-də dövlət qurumlarının əməkdaşları arasında voleybol yarışı keçirilib. Gənclər və İdman Nazirliyi, Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə Voleybol Mərkəzində təşkil olunan yarışda 9 dövlət qurumundan 14 komanda (8 kişi, 6 qadın) mübarizə aparıb.

Oyunlar olimpiya sistemi ilə keçirilib. Yekun nəticələrə əsasən kişilər arasında Fövqəladə Hallar Nazirliyinin komandası birinci olub. İkinci və üçüncü yerlərə müvafiq olaraq SOCAR və AZAL komandaları layiq görülüblər.

Qadınlar arasında isə SOCAR ilk pillənin sahibi olub. Dövlət Gömrük Komitəsinin qadınlardan ibarət komandası turnirdə ikinci yeri tutaraq gümüş medal qazanıb. AZAL isə üçüncü yerə layiq görülüb.

Bağlanış mərasimində Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov çıxış edərək mükafatçıları təbrik edib. Daha sonra qaliblər mükafatlandırılıb.

4 Mart 2024 11:10
195