Xəbərlər
Rəylər
Onlayn təqdimatlar
Büdcə daxilolmaları
Layihələr
Valyuta məzənnələri
Terminlər lüğəti
Hüquq-mühafizə fəaliyyəti
Beynəlxalq əməkdaşlıq
Tez-tez verilən suallar
Gömrük hərracı
Gömrüyün idman həyatı
Sosial layihələr
Mərkəzi Gömrük Hospitalında “İcbari Tibbi Sığorta" mövzusunda maarifləndirici təlim keçirilib
Əsas
Faydalı
Xəbərlər
Mərkəzi Gömrük Hospitalında “İcbari Tibbi Sığorta" mövzusunda maarifləndirici təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında “İcbari Tibbi Sığorta" mövzusunda maarifləndirici təlim keçirilib
Martın 6-da Dövlət Gömrük Komitəsi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında “İcbari Tibbi Sığorta" mövzusunda maarifləndirici təlim keçirilib. Təlimdə Dövlət Gömrük Komitəsinin və onun strukturuna daxil olan idarələrin əməkdaşları və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri iştirak ediblər.
Təlimdə icbari tibbi sığortadan istifadə qaydaları, qeydiyyat üçün tələb olunan sənədlər, stasionar tibbi xidmətlərin alınması və digər mövzularla bağlı təqdimat nümayiş etdirilib və iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
6 Mart 2024 17:28