Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

DGKA ilə AKTA arasında Anlaşma Memorandumu imzalanıb

DGKA ilə AKTA arasında Anlaşma Memorandumu imzalanıb

Martın 6-da Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) ilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Bu məqsədlə keçirilən mərasimdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Balacanov və təşkilatın idarə heyətinin üzvləri iştirak ediblər.

Tədbirdə kibertəhlükəsizlik sahəsində kadrların yetişdirilməsi, Akademiya ilə kibertəhlükəsizlik şirkətləri arasında qurulan səmərəli əməkdaşlıqdan, ölkəmizin kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi məqsədilə hüquqi, təşkilati və elmi-texniki sferalarda həyata keçirilən tədbirlərdən bəhs edilib, “Ali təhsil müəssisələrində kibertəhlükəsizlik üzrə kadr hazırlığı: problemlər və perspektivlər” mövzusunda təqdimat nümayiş olunub.

Sonda Dövlət Gömrük Komitəsinin Akademiyası və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Memorandumda tərəflər arasında qarşılıqlı təlim və tədrisin təşkili, gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət, həmçinin tələbələrin bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin, dünyagörüşlərinin inkişafına dəstək göstərilməsi və digər məsələlər nəzərdə tutulub.

6 Mart 2024 20:19
195