Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Naxçıvan Baş Gömrük İdarəsində Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Naxçıvan Baş Gömrük İdarəsində Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Naxçıvan Baş Gömrük İdarəsində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. 

Tədbirdə Baş İdarədə fəaliyyət göstərən qadın gömrük əməkdaşları ilə yanaşı, təqaüddə olan xanım gömrükçülər də iştirak edib.

Naxçıvan Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüqar Əliyev xanımları təbrik edib, ölkəmizdə qadınlara daim hərtərəfli dövlət qayğısı göstərildiyini bildirib, həmçinin onların cəmiyyətin müxtəlif sahələrindəki səmərəli fəaliyyətindən danışıb.

Sonda qadınlar gününə həsr edilmiş videoçarx nümayiş etdirilib.

7 Mart 2024 15:47
195