Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Qadına olan qayğı, hörmət xalqımızın minillər boyu formalaşan milli-mənəvi dəyərlərindən irəli gəlir

Qadına olan qayğı, hörmət xalqımızın minillər boyu formalaşan milli-mənəvi dəyərlərindən irəli gəlir

Mərkəzi Gömrük Hospitalında 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə bildirilib ki, cəmiyyətimizdə qadına olan qayğı və hörmət xalqımızın minillər boyu formalaşan milli-mənəvi, əxlaqi dəyərlərindən irəli gəlir. Həmçinin Ümummilli lider Heydər Əliyevin mükəmməl dövlət qadın siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirildiyi, Azərbaycan qadınının dövlət qurumlarında, özəl sektorda, bir sözlə həyatın bütün sahələrində uğurla təmsil olunduğu, ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni proseslərdə fəal iştirak etdiyi diqqətə çatdırılıb.

7 Mart 2024 15:36
195