Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun martın 15-nə nəzərdə tutulmuş vətəndaş qəbulu martın 14-nə keçirilib.
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov martın 14-də saat 10:00-da Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Zərdab şəhəri, Heydər Əliyev prospekti) Zərdab, Ucar, Ağdaş və Kürdəmir rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı Zərdab, Ucar, Ağdaş və Kürdəmir rayon sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla ( https://customs.gov.az/az/muracietler/sedre-mektub ) qəbula yazıla bilərlər.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
 

9 Mart 2024 11:09
195