Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük Akademiyasında ixtisasartırma təlimlərinin yekun qiymətləndirilmə mərhələsi keçirilib

Gömrük Akademiyasında ixtisasartırma təlimlərinin yekun qiymətləndirilmə mərhələsi keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük orqanlarının vəzifəli şəxsləri üçün təşkil edilən ixtisasartırma təlimlərinin yekun qiymətləndirilmə mərhələsi keçirilib.

Nəzəri və praktiki hissədən ibarət olan təlimlər gömrük xidməti əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə təşkil edilib.

Qiymətləndirmədən öncə ixtisasartırma təlimlərinin iştirakçıları ilə görüşən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov dinləyicilər arasında keçirilən məmnunluqla bağlı sorğuların sözügedən təlimlərin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığını vurğulayıb.

Qeyd olunub ki, yekun qiymətləndirmə obyektivlik, şəffaflıq prinsipi əsasında keçirilir və əldə edilən bilik və bacarıqlar gömrük əməkdaşlarının xidməti fəaliyyətlərinə önəmli töhfə verəcək.

Görüşdən sonra təlim iştirakçılarının biliklərinin yekun qiymətləndirilməsi keçirilib.

6 həftə davam edən təlimlərdə 40 nəfər gömrük əməkdaşı iştirak edib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

11 Mart 2024 17:42
195