Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

ÜGT-nin Modernləşdirilməsi ilə bağlı Avropa Regionu üzrə Virtual Məsləhətləşməyə dair görüş keçirilib

ÜGT-nin Modernləşdirilməsi ilə bağlı Avropa Regionu üzrə Virtual Məsləhətləşməyə dair görüş keçirilib

Martın 11-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Modernləşdirilməsi ilə bağlı Avropa Regionu üzrə Virtual Məsləhətləşməyə dair görüş keçirilib.

ÜGT-nin Avropa Regionu üzrə üzv dövlətlərinin nümayəndələrinin qatıldığı görüşdə, Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-mayoru Natiq Şirinov, Komitənin aidiyyəti struktur bölmələrinin əməkdaşları iştirak ediblər.  

Təşkilatın Baş katibinin müavini Ricardo Trevino Çapa açılış nitqi ilə çıxış edərək ÜGT-nin Modernləşdirmə təşəbbüsü və Katibliyin yanaşması ilə bağlı məlumat verib. Bildirilib ki, Plan layihəsi təşkilatın modernləşdirilməsi ilə bağlı yol xəritəsidir və ÜGT-nin, həmçinin gömrük orqanlarının hədəflərinə uyğun olmalıdır.

Daha sonra görüşün gündəliyindəki “Modernləşdirmə Planının birinci layihəsi” və “ÜGT-nin təşkilati tədbirlərinin yenilənməsi” məsələləri ilə bağlı təqdimatlar nümayiş etdirilib və kommunikasiyanın, əməkdaşlığın, kadrların potensialının daha da gücləndirilməsi, resurslardan səmərəli istifadə, layihələrin idarəolunması və effektivliyinin artırılması, qurumdaxili idarəçilik və cavabdehliklə bağlı fikir mübadiləsi aparılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

11 Mart 2024 18:13
195