Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvləri ilə görüş keçirilib

Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvləri ilə görüş keçirilib

Martın 14-də Dövlət Gömrük Komitəsində Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvləri ilə görüş keçirilib.

Görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyev, Komitənin aidiyyəti strukturlarının rəhbərləri, Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvləri iştirak edib.

Gömrük-biznes əməkdaşlığının, qarşılıqlı dialoqun gücləndirilməsi, gömrük sahəsindəki məsələlərin birgə müzakirəsi və operativ həlli məqsədilə təşkil edilən görüşdə əsasən qısa idxal bəyannaməsi, gömrük ekspertizası, gömrük dəyəri, sərhədkeçmə, gömrük rəsmiləşdirilməsi və digər mövzularda müzakirələr aparılıb, sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

14 Mart 2024 18:41
195