Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı
Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı
Bu gün bəzi media orqanlarında və sosial şəbəkələrdə gömrük əməkdaşı ilə özünü sahibkar adlandıran şəxs arasında mübahisənin əks olunduğu videogörüntülər yayımlanıb.
İlkin araşdırma zamanı məlum olub ki, ölkəyə idxal edilən malın gömrük dəyəri sahibkar tərəfindən bəyannamədə təhrif olunmuş formada bəyan edilib və müvafiq dürüstləşdirilmə aparılaraq bu barədə sahibkara elektron bildiriş göndərilib.
Videogörüntüdən də aydın olur ki, özünü sahibkarın yaxını kimi təqdim edən şəxs təmsilçiliklə bağlı etibarnaməsi olmadan həmin malların rəsmiləşdirilməsi üçün müraciət edərək gömrük əməkdaşına emosional formada etirazını bildirir və daha sonra qeyri-etik ifadələr, təhqirlər işlədir, bu da vəziyyəti gərginləşdirir.
Artıq məlum insidentlə bağlı ətraflı araşdırılma aparılması üçün hüquq-mühafizə orqanlarına müraciət olunub.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
Həsənli Orxan Əbülfəz