Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük Akademiyasında Novruz şənliyi keçirilib

Gömrük Akademiyasında Novruz şənliyi keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında Novruz bayramı münasibətilə tədbir keçirilib.

Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov çıxış edərək xalqımızın milli-mənəvi dəyərlərini, adət-ənənələrini özündə yaşadan Novruz bayramının tarixi və mədəni əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, məhz Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə milli dəyərlərimizin, mənəvi irsimizin dərindən öyrənilməsi, qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm addımlar atılıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun, qəhrəman şəhidlərimizin sayəsində ərazi bütövlüyümüzün tam bərpa  olunduğu, xalqımızın bu il Novruz bayramını daha təntənəli və coşqu ilə qeyd etdiyi diqqətə çatdırılıb.

Daha sonra müxtəlif tədbirlərdə iştiraklarına görə fərqlənən tələbələr sertifikatlarla təltif ediliblər.

Tədbirdə, həmçinin tələbələrin hazırladıqları bayram xonçaları, Novruz adət-ənənələrinə həsr etdikləri rəsm əsərləri nümayiş olunub.

Akademiyanın tələbələrinin hazırladıqları musiqi nömrələri, rəqslər və səhnəciklərlə davam edən tədbirin sonunda bayram tonqalı alovlandırılıb.

19 Mart 2024 12:51
195