Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

"Sədərək" gömrük postunda Novruz bayramı münasibətilə tədbir təşkil olunub

"Sədərək" gömrük postunda Novruz bayramı münasibətilə tədbir təşkil olunub

Naxçıvan Baş Gömrük İdarəsinin "Sədərək" gömrük postunda Novruz bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə Baş İdarənin və "Sədərək" gömrük postunun şəxsi heyəti iştirak edib.

Bahar qızının, keçəlin, kosanın iştirakı ilə təşkil olunan bir-birindən maraqlı Novruz səhnəcikləri tədbiri daha da rəngarəng edərək sərhədkeçən vətəndaşlara, eləcə də gömrük əməkdaşlarına xoş əhval-ruhiyyə bəxş edib.

Tədbirin sonunda milli birlik rəmzi olan tonqal qalanıb.

19 Mart 2024 13:55
195