Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

ÜGT Maliyyə Komitəsinin sessiyası keçirilib

ÜGT Maliyyə Komitəsinin sessiyası keçirilib

Belçika Krallığının Brüssel şəhərində, Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş qərargahında ÜGT Maliyyə Komitəsinin 109-cu sessiyası keçirilib.

25-27 mart tarixlərində keçirilən tədbirdə Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Natiq Şirinovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Sessiyanın gündəliyi qəbul edildikdən sonra ÜGT-nin Baş katibi Lan Saunders təşkilatın 2024/2025-ci illər üçün maliyyə perspektivləri barədə hesabatını Maliyyə Komitəsi üzvlərinin diqqətinə çatdırıb, eləcə də maliyyə idarəçiliyi və büdcə tədbirləri üzrə illik hesabatlar dinlənilib.

Sessiya çərçivəsində maliyyə məsələləri, “ÜGT-nin Modernləşdirilməsi Planına dair tərəqqi hesabatı”, “Gömrük Əməkdaşlıq Fonduna dair illik hesabat və alternativ maliyyə mənbələri haqqında məlumat”, “ÜGT-nin Audit Komitəsinin hesabatı” və digər məsələlər müzakirə olunub.

Qeyd edək ki, ÜGT-nin Siyasi Komissiyasına, həmçinin təşkilatın ali qurumu olan ÜGT Şurasına büdcə və maliyyə məsələləri üzrə tövsiyələr hazırlayan Maliyyə Komitəsinin əsas fəaliyyət istiqaməti təşkilatın resurslarından istifadəyə nəzarət və növbəti maliyyə ili üzrə büdcə təklifləri ilə birlikdə hesabatını ÜGT Şurasına təqdim etməkdir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Maliyyə Komitəsinin 19 üzvündən biridir.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

28 Mart 2024 19:30
195