“Dayanıqlı təchizat zəncirləri üçün rəqəmsallaşdırmanın istifadəsi” mövzusunda Forum keçirilir
“Dayanıqlı təchizat zəncirləri üçün rəqəmsallaşdırmanın istifadəsi” mövzusunda Forum keçirilir
Özbəkistan Respublikasının Səmərqənd şəhərində “Dayanıqlı təchizat zəncirləri üçün rəqəmsallaşdırmanın istifadəsi” mövzusunda Asiya və Sakit Okean Ticarətin Asanlaşdırılması üzrə 11-ci Forum keçirilir. 1-5 aprel tarixlərində keçirilən tədbir BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası, Asiya İnkişaf Bankı və Özbəkistan Respublikasının İnvestisiya, Sənaye və Ticarət Nazirliyinin əməkdaşlığı ilə təşkil olunub.
Tədbirdə region ölkələrinin gömrük rəsmiləri, qlobal şirkətlərin, beynəlxalq təşkilatların və digər maraqlı tərəfləri təmsil edən 200-dən çox nümayəndə iştirak edir.
Forumda Dövlət Gömrük Komitəsinin Rəqəmsal İdarəetmə Baş İdarəsinin rəisi Fuad Aslanov iştirak edir.
Tədbirdə Asia və Sakit Okean regionunda ticarətin asanlaşdırılması ilə bağlı hesabatlar dinlənilib, eləcə də forumda davamli təchizat zəncirləri üçün rəqəmsallaşmadan istifadə, ticarətin asanlaşdırılmasi, tranzit və nəqliyyatin rəqəmsallaşdırılması və digər mövzularda panel müzakirələr təşkil ediləcək, qabaqcıl təcrübələrə dair fikir mübadiləsi aparılacaq.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi