Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Bakı Baş Gömrük İdarəsində iqtisadçılar və ekspertlərlə görüş keçirilib

Bakı Baş Gömrük İdarəsində iqtisadçılar və ekspertlərlə görüş keçirilib

Aprelin 4-də Bakı Baş Gömrük İdarəsində iqtisadçılarla və ekspertlərlə görüş keçirilib. Görüş gömrük rəsmiləşdirilməsi prosesində aparılan təkmilləşdirilmələr, tətbiq edilən yeniliklərlə bağlı ekspertlərin məlumatlandırılması, onların rəy və təkliflərinin öyrənilməsi məqsədilə təşkil olunub.

Tədbirdə iştirak edən ekspertlərə gömrük-biznes dialoqunun gücləndirilməsi,  kommunikasiyanın müasir tələblər və qabaqcıl texnologiyalar əsasında qurulması, vətəndaş-məmur təmasının minimuma endirilməsi ilə bağlı təqdimatlar əsasında məlumat verilib.

Görüşdə ekspertlərin yeniliklərlə bağlı təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Həmçinin ekspertlər  gömrük rəsmiləşdirilməsi prosesini əyani şəkildə müşahidə edib,  xidmət növləri üzrə inteqrə edilmiş mərkəzin fəaliyyəti ilə yaxından tanış olublar.  

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

4 Aprel 2024 21:34
195