Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsinin əməkdaşı atletika yarışında qızıl medal qazanıb

Dövlət Gömrük Komitəsinin əməkdaşı atletika yarışında qızıl medal qazanıb

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə Respublika Olimpiya Mərkəzində dövlət qurumlarının əməkdaşları arasında atletika yarışı keçirilib.

İdmançılar 60 m, 800 m, 4x200 m məsafəyə estafet qaçışı və uzunluğa tullanma növlərində güclərini sınayıblar.

Turnirdə iştirak edən Dövlət Gömrük Komitəsinin İdman Sağlamlıq Mərkəzinin idmançısı, Astara Gömrük İdarəsinin əməkdaşı Samir Hüseynov 800 m məsafəni 2 dəqiqə 13 saniyəyə qət edərək bütün rəqiblərini geridə qoyub və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

5 Aprel 2024 17:23
195