Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Sumqayıt Gömrük İdarəsinin əməkdaşları Sumqayıt şəhərinin dənizkənarı bulvar ərazisində növbəti ağacəkmə aksiyasında iştirak ediblər.

Yaşıllıqların bərpasına və artırılmasına, ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək məqsədilə keçirilən aksiyada ərazinin torpaq-iqlim şəraitinə uyğun olaraq zeytun ağacları əkilib.

Baş Gömrük Mühafizə Xidmətinin əməkdaşları da aksiya çərçivəsində İdarənin həyətində ağaclar əkib, abadlıq işləri aparıblar.

Həmçinin Tovuz Gömrük İdarəsi və “Şirvan” gömrük postunun əməkdaşları da aksiyada iştirak edərək şam ağacları əkiblər.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

6 Aprel 2024 14:44
195