Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Naxçıvan Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüş keçirilib

Naxçıvan Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüş keçirilib

Aprelin 6-da Naxçıvan Baş Gömrük İdarəsində Naxçıvan Muxtar Respublikasının Sahibkarlar Konfederasiyasının üzvləri, xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüş keçirilib.

Naxçıvan Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüqar Əliyev gömrük sistemində son dövrlərdə aparılan təkmilləşdirilmələr, tətbiq edilən yeniliklər barədə məlumat verib. Bildirilib ki, gömrük nəzarətinin risklərin avtomatlaşdırılmış idarə edilməsi sistemi vasitəsilə həyat keçirilməsi, malların və nəqliyyat vasitələrinin sərhədkeçşmə proseslərinin sürətləndirilməsi, gömrük qaydalarına könüllü riayət edən şəxslərə əlverişli şəraitin yaradılması, məmur-vətəndaş təmasının minimuma endirilməklə şəffaflığın artırılması xarici ticarət fəaliyyətinin stimullaşdırılmasına mühüm imkanlar yaradıb.

Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov son dövrlərdə gömrük sistemində xidmət səviyyəsinin və keyfiyyətinin artırılması istiqamətində aparılan islahatların özəl sektorun fəaliyyətinə müsbət töhfə verdiyini diqqətə çatdırıb.

Görüşdə, həmçinin “Gömrük İNKİŞAF Modeli”, “Smart-Bot” mobil tətbiqi, eləcə də icrası davam edən və planlaşdırılan layihələr barədə tədbir iştirakçılarına məlumat verilib.

Sonda sahibkarların təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

6 Aprel 2024 15:30
195