Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Külli miqdarda siqaretlər aşkar edildi

Külli miqdarda siqaretlər aşkar edildi

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbirlər nəticəsində Bakı şəhərindəki müxtəlif ünvanlarda fəaliyyət göstərən satış və saxlanc yerlərindən, habelə nəqliyyat vasitəsindən ümumilikdə 9741 qutu Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış müxtəlif növ xarici markalı siqaretlər aşkar olunaraq götürülüb. Hüquqpozmaya yol vermiş şəxslərin müvafiq məsuliyyətə cəlb edilməsi üçün hər iki fakt üzrə araşdırma aparılır.

Dövlət Gömrük Komitəsi bir daha vətəndaşların diqqətinə çatdırır ki, iri vergi tutumlu aksiz markası ilə markalanmalı və ya məcburi nişanlama ilə nişanlanmalı olan malların (siqaretlər, alkoqollu içkilər və s.) qanunsuz idxalı, satışı, əldə edilməsi, daşınması, saxlanması, onlardan istifadə edilməsi və onlar üzərində sərəncam verilməsi, habelə bu qəbildən olan digər hərəkətlər dövlətin, bu sahədə qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin, habelə istehlakçıların mənafeyinə ziyan vurur və qətiyyən yolverilməzdir.

Törədilmiş bu cür hüquqpozmalar xarakterindən asılı olaraq inzibati və cinayət məsuliyyətinə səbəb olur.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

6 Aprel 2024 16:34
195