Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Azərbaycan və Moldova gömrük xidməti əməkdaşları arasında görüş keçirilib

Azərbaycan və Moldova gömrük xidməti əməkdaşları arasında görüş keçirilib

8-9 aprel tarixlərində Dövlət Gömrük Komitəsi və Moldova Gömrük Xidməti əməkdaşları arasında onlayn formatda görüş keçirilib. Görüş gömrük işinin müxtəlif sahələrində əldə edilən qabaqcıl təcrübələrin öyrənilməsi, fikir mübadiləsinin aparılması  məqsədilə təşkil olunub.

Görüşdə Moldova Gömrük Xidmətinin əməkdaşları Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi (NCTS), gömrük ekspertizasının aparılması, gömrük həlləri sistemləri, əməliyyat-istintaq fəaliyyəti sahəsində əldə etdikləri təcrübələrə dair təqdimatlarla çıxış edib, mövzularla bağlı fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb. 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

9 Aprel 2024 16:13
195