Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı
Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov aprelin 22-də saat 09:00-da Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının inzibati binasında (ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti 102) Bərdə, Yevlax və Tərtər rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul zamanı Bərdə, Yevlax və Tərtər rayon sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub) qəbula yazıla bilərlər.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi