“Təqib və İzləmə” layihəsinin növbəti təqdimatı olub
“Təqib və İzləmə” layihəsinin növbəti təqdimatı olub
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində “Təqib və İzləmə” layihəsi ilə bağlı növbəti təqdimat keçirilib.
Görüşdə Dövlət Gömrük Komitəsinin, Dövlət Vergi Xidmətinin və “T&T Texnologiyalar” şəbəkəsinin əməkdaşları iştirak ediblər.
Tədbirdə yaxın zamanda Dövlət Vergi Xidməti tərəfindən istifadəyə veriləcək Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat “Təqib və İzləmə” (Track and Trace) layihəsinin hazırkı mərhələsinə dair müzakirələr aparılıb, tətbiqin inteqrasiyası ilə bağlı həyata keçirilən proseslər və texniki tərəflər ətraflı izah olunub.
Qeyd edək ki, dünyada bütün təşkilatlar üçün strateji prioritet hesab olunan təqib və izləmə sistemi təchizat zəncirinin keyfiyyəti, səmərəliliyini artırmaqla yanaşı, nəzarət altında olan aksizli məhsulların təhlükəsizliyinin təmin edilməsini, saxtalaşdırılmasının qarşısının alınmasında xüsusi rol oynayır.
Tədbirin sonunda sözügedən tətbiqlə bağlı geniş fikir mübadiləsi aparılıb, tərəfləri maraqlandıran suallar ətraflı cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi