Tranzit sistemi və məlumat mübadiləsinə dair iclas keçirilib
Tranzit sistemi və məlumat mübadiləsinə dair iclas keçirilib
Özbəkistan Respublikasının Daşkənd şəhərində Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı çərçivəsində icra edilən “CAREC Təkmilləşdirilmiş Tranzit Sistemi və Məlumatların Ümumi Mübadiləsi” (CATS) layihəsinin pilot mərhələsi üzrə texniki işçi qrupunun 4-cü iclası keçirilib.
Tədbirdə Azərbaycan, Gürcüstan, Türkmənistan, Özbəkistan dövlətlərinin gömrük xidmətlərinin nümayəndələri və Asiya İnkişaf Bankının ekspertləri iştirak ediblər.
İclasda “CAREC Təkmilləşdirilmiş Tranzit Sistemi və Məlumatların Ümumi Mübadiləsi” layihəsinin ilk simulyasiya testinin nəticələri, CATS sistemi çərçivəsində tranzit daşımaların həyata keçirilməsi üçün hüquqi bazanı təşkil edən sazişin hazırlanması barədə müzakirələr aparılıb.
Görüşdə hər bir üzv ölkənin gömrük orqanlarının nümayəndələri və Asiya İnkişaf Bankının ekspertlərindən ibarət 3 işçi qrupunun ayrı-ayrılıqda iclasları da təşkil olunub.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi