Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları “Araz sahilində doğan günəş” tamaşasına baxıblar

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları “Araz sahilində doğan günəş” tamaşasına baxıblar

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubileyi münasibətilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında səhnəyə qoyulan “Araz sahilində doğan günəş” tamaşasını izləyiblər.

Qeyd edək ki, Həsənəli Eyvazlının eyniadlı əsəri əsasında səhnələşdirilən tamaşada 1920-ci illərdə ölkədə və regionda baş verən ictimai-siyasi hadisələrin fonunda Naxçıvanın müqəddəratı, onun muxtariyyət qazanması üçün dövlət xadimlərinin, diplomatların, eyni zamanda xalqın apardığı mübarizədən bəhs olunur.  

Naxçıvan Baş Gömrük İdarəsinin rəhbər heyəti teatrın yaradıcı heyətinə təşəkkürünü bildirib, onlara uğurlar arzulayıblar.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

20 Aprel 2024 11:07
195