Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Kioto Konvensiyasının İdarəetmə Komitəsinin 33-cü iclası keçirilib

Kioto Konvensiyasının İdarəetmə Komitəsinin 33-cü iclası keçirilib

Ümumdünya Gömrük Təşkilatının Brüssel şəhərindəki mənzil qərargahında "Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında" dəyişdirilmiş redaksiyada Kioto Konvensiyasının İdarəetmə Komitəsinin 33-cü iclası keçirilib.

Kioto Konvensiyasının ümumi və xüsusi əlavəsinin müvafiq fəsillərinə izahatların, arayışların yenilənməsi məqsədilə təşkil olunan tədbirdə Dövlət Gömrük Komitəsinin Gömrük İnzibatçılığı Baş İdarəsinin rəisi Orxan Nuriyev iştirak edib.

İclasda mənşə ölkəsi üzrə təlimatlar layihəsi, gömrük hüquqpozmaları, tranzit, gömrük anbarları və sərbəst zonalar, idxal-ixrac prosedurları və digər məsələlər müzakirə olunub.

Həmçinin iclasda üzv ölkələrin qabaqcıl təcrübələri paylaşılaraq təklif və rəyləri dinlənilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

20 Aprel 2024 13:46
195