Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Külli miqdarda aksiz markasız siqaretlər aşkar edilib

Külli miqdarda aksiz markasız siqaretlər aşkar edilib

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin və Gəncə Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindən aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış 1080000 (bir milyon səksən min) ədəd müxtəlif markalı siqaretlər aşkar edilərək götürülüb.

Dövlət Gömrük Komitəsi bir daha vətəndaşların diqqətinə çatdırır ki, iri vergi tutumlu aksiz markası ilə markalanmalı və ya məcburi nişanlama ilə nişanlanmalı olan malların (siqaretlər, alkoqollu içkilər və s.) qanunsuz idxalı, satışı, əldə edilməsi, daşınması, saxlanması, onlardan istifadə edilməsi və onlar üzərində sərəncam verilməsi, habelə bu qəbildən olan digər hərəkətlər dövlətin, bu sahədə qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin, habelə istehlakçıların mənafeyinə ziyan vurur və qətiyyən yolverilməzdir.

Faktla bağlı Əməliyyat-İstintaq Baş İdarəsində araşdırmalar davam etdirilir. 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

22 Aprel 2024 12:58
195