“Malların təsnifatlaşdırılması və elektron reyestrdən istifadəyə dair” seminar keçirilib
“Malların təsnifatlaşdırılması və elektron reyestrdən istifadəyə dair” seminar keçirilib
Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün “Malların təsnifatlaşdırılması və elektron reyestrdən istifadə” mövzusunda seminar keçirilib.
Gömrük orqanı əməkdaşlarının peşə biliklərinin artırılması məqsədilə təşkil edilən seminarda Komitənin müxtəlif struktur bölmələrinin əməkdaşları iştirak edib.
Tədbirdə Dövlət Gömrük Komitəsinin Gömrük Siyasəti Baş İdarəsi, Mərkəzi Gömrük Ekspertizası İdarəsinin əməkdaşları təsnifetmə qruplarının fəaliyyətinin təhlili, ekspertiza üzrə elektron reyestrdən istifadə, ekspertiza rəyləri üzrə yaradılmış elektron sistemdən istifadə qaydaları, ekspertiza rəylərinə istinadən müstəqil qərarların qəbulu, xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının (XİF MN) şərhetmə qaydaları və digər mövzularda təqdimatlar nümayiş etdiriblər.
İnteraktiv seminarın yekununda iştirakçılara XİF MN üzrə təsnifləşdirilməsinə dair qrup işləri verilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi